Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda dəhşətli qəza - Avtobus piyadanın üstündən keçib öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb.

Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi 7 saylı ünvanda yaşayan Məmmədov Qəribxan Mirzə oğlu Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin qarşısındakı dayanacaqda Tahirov Ceyhun Fəxrəddin oğlunun idarə etdiyi “Daewo” markalı 10 TG 262 dövlət nömrə nişanlı 211 saylı marşrut avtobusundan düşərkən sürücü avtobusu hərəkətə gətirib.

Hadisə nəticəsində Q.Məmmədov müvazinətini itirərək avtobusun altına yıxılıb, avtobus piyadanın üstündən keçib.

Piyada ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Q.Məmmədov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb./Trend/

www.yenicag.az

5790