Bakıda dəhşətli qəza baş verdi

media-hightechnic-468x90

1335080975b4e35efaecc08de9e3a747 (1)Bakıda baş verən dəhşətli qəzada yaralananlardan daha ikisi vəfat edib.

3 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, ötən gecə Maştağa qəsəbəsində baş verən yol qəzasında xəsarət alaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Musa Məmmədov və Mircəfər Əsgərov bu gün dünyalarını dəyişiblər.

***
Bakıda ağır yol qəzası baş verib.

Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 24 yaşlı Süleyman Həbibov idarə etdiyi “VAZ-2107” markalı, 90 NP 360 dövlət nömrə nişanlı maşınla yolu keçən piyada, 1978-ci il təvəllüdlü Zahid Kəlbiyevi vurub. Daha sonra idarəetməni itirən sürücü maşını yol kənarındakı “KamAZ” markalı yük maşınına çırpıb.

Nəticədə sürücü S. Həbibov və piyada aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.

“VAZ-2107”də olan iki sərnişin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600