!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda DƏHŞƏTLİ YANĞIN: Ölən var  - VİDEO / YENİLƏNDİ

!Reklam – Yazi

Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

“Report”un hadisə yerində olan müxbirinin əldə etdiyi məlumata görə, yanğın nəticəsində bir nəfər ölüb.

***

Məlumat verdiyimiz kimi, Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş verib.

Baku TV yanğının baş verdiyi ərazidən canlı yayıma qoşulub.

Məlumata görə, hazırda yanğın söndürülüb.

***

Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki,  məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli

Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Bakıda güclü yanğın hadisəsi baş verib. 

Yenicag.az xəbər verir ki, bu barədə sosial mediada videogörüntülər yayılıb.

Bildirilib ki, yanğın Mərkəzi Parkda, köhnə “Sovetski” məhəlləsində qeydə alınıb.

Həmin görüntüləri təqdim edirik:

 

www.yenicag.az

1266
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv