Reklam

Reklam

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları dələduzluqla axtarışda olan şəxsi həbs edib.

Yenicag.az “Ölkə.Az”a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Tural Marks oğlu Mamedov Nərimanov RPİ-si 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həbs olunaraq istintaq orqanına təhvil verilib.

Faktı Nərimanov Rayon Polis İdarəsindən də təsdiq ediblər. Məlum olub ki, Tural Mamedov cinayət məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. Belə ki, o, vətəndaşın etibarından sui istifadə edərək dələduzluq edib. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib, ancaq T.Mamedov istintaqdan yayındığı üçün polis idarəsi tərəfindən axtarışa verilib.

Araşdırmalarımız zamanı məlum olub ki, 1986-cı il təvəllüdlü Tural Mamedov 2015-ci ildə Azərbaycanda keçirilən beşinci çağrış parlament seçkilərində 121 saylı Laçın seçki dairəsindən bitərəf olaraq deputatlığa namizəd olub. Həmçinin Təhsil Nazirliyinin əmri əsasında “Azərbaycan tarixi” Abituriyentlər üçün dərs vəsaitini hazırlayıb, “Qafqaz servis “ MMC-nin rəhbəri olub, Xalqinfo.az xəbər portalının baş direktoru vəzifəsində işləyib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2088
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."