Deputatlığa namizəd olan azərbaycanlı və yaxınları güllələndi

media-hightechnic-468x90

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qızılhacılı kəndində deputatlığa namizəd güllələnib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə oktyabrın 19-da axşam saatlarında baş verib.

Yaralanan şəxs “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar namizəd irəli sürülən Ceyhun Çovdarovdur.

Hadisə Qızılhacılı kəndindəki seçki qərargahının önündə baş verib.

Məlumata görə, deputatlığa namizədin dostları – Anar Məmişov, Vüqar Bayramov və C. Çovdarovun qaynatası Azad Çobanov da güllə yarası alıblar.

Hadisəni törədənlər haqqında məlumat verilmir.

Yaralılar təcili olaraq xəstəxanaya çatdırılıb. Onların səhhəti ilə bağlı məlumat verilmir.

Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı araşdırma aparılır.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa