Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda dini və tolerantlıq mövzusunda forum keçirilib-Fotolar

unnamedBakıda “Dini və Milli Tolerantlıq – Millətlərarası münasibətlərin inkişaf etdirilməsində medianın rolu” adlı beynəlxalq forum keçirilib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə keçirilən “Dini və Milli Tolerantlıq – Millətlərası münasibətlərin inkişaf etdirilməsində medianın rolu” adlı forumda ölkənin rəsmi şəxsləri, dini icmaların sədrləri, media nümayəndələri, xarici ölkələrin dini ekspertləri iştirak ediblər.

Forumu qısa salamlama ilə BAMF-ın sədri Umud Mirzəyev açıq elan edib. Umud Mirzəyev Azərbaycandakı dini və milli tolerantlığın ənənələrindən söz açıb.Forum dünyanın müxtəlif ölkələrindən dəvət olunan qonaqları, jurnalistləri və ekspertləri Azərbaycandakı tolerantlıq ənənələri ilə daha yaxından tanış etmək məqsədi ilə təşkil olunub.
Forumu açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev belə tədbirlərin keçirilməsinin sülhün, tolerantlığın, azad, bərabər və birgə yaşayışın, milli münaqişələrin həllinin vacibliyinin dünyaya çatdırılması baxımından çox önəmli olduğunu deyib. Bildirib ki, bu gün sadə insanların milli, dini heysiyyatı, azad və sülh şəraitində yaşamaq kimi təbii hüquqları dünyanın müxtəlif güc mərkəzlərinin nəzarətində olan media qurumlarının əsas hədəfinə çevrilib. Millətlərarası dialoq, dini tolerantlıq, multikulturalizm məsələləri heç zaman bugünkü kimi aktual olmayıb. Məlumdur ki, medianın cəmiyyətimizə təsiri güclüdür. Media bizim fikirlərimizin və davranışlarımızın aynasıdır. Bəzən cəmiyyətdəki ziddiyyətləri kəskinləşdirməsinə, münaqişələri qızışdırmasına baxmayaraq, medianın mövcud problemlərin həll edilməsi üçün töhfə vermək potensialı da çoxdur.
Mediadan cəmiyyəti parçalamaq, azlıqlara qarşı nifrət oyatmaq və kütləvi zorakılıqları birbaşa təşviq etmək kimi istifadə edilməsinə dair nümunələr də az deyil. Keçmiş Yuqoslaviyadakı müharibə və Ruandadakı soyqırımı millətlərarası ədavətin qızışdırılması ilə çoxsaylı etnik icmaların parçalanmasında medianın nə dərəcədə güclü rol oynadığına sübutdur.

Bu gün dini inancların təhqir edilməsi, milli və etnik dözümsüzlüyün təşviqi, insanların minilliklər boyu hörmət etdiyi dəyərlərin tapdalanması ilə müşayiət olunan balanslaşdırılmamış, neqativ və birtərəfli məlumatlar bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilib. Yaxın Şərqdə İslam pərdəsi altında törədilən dəhşətli qətllər, Avropa və Amerikada İslam əleyhinə kampaniyaların mediada geniş işıqlandırılması əslində Qərb və Şərq sivilizasiyaları arasında uçuruma gətirib çıxarır.

Təkcə Azərbaycan üçün deyil, bütöv dünyamız üçün zəruri olan bu məsələlərin müzakirəyə ehtiyacı olduğunu xatırladan BAMF sədri qeyd edib ki, əsas məqsəd sülhün, tolerantlığın, multikulturalizmin açar elementlerini aydınlaşdırmaq və təşviq etməklə yanaşı, Azərbaycanın tolerantlıq modelinə, tarixi-mədəni irsinə nəzər salmaq, mümkün təcrübələri paylaşmaqdır.

Daha sonra isə Azərbaycan Respublikasının Millətlərarası, Multikukturalizm və Dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, AR Milli Məclisinin vitse-prezidenti Bahar Muradova,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AR-nın Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Qafqaz Müsəlmanlar İdarəsininsədrinin müavini Qəmər Cavadlı, Dini Xəbər yazarları Assosiasiyasının Din və Peşələr Mərkəzinin direktoru Debra Mason, AR Mətbuat Şurasının sədri Əflatun Amaşov və digərləri çıxışediblər Forumda çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Azərbaycanın müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı ölkə olduğunu xatırladıb. Bildirib ki, burada ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında humanizm dəyərlərinin rolu böyükdür.“Yay təlimlərində iştirakım zamanı Azərbaycanın məntəqələrinin birində sinaqoqa daxil oldum. Sinaqonun ravvini ilə görüşdükdən sonra müxtəlif məsələlər üzərində danışmağa başladıq. 8 il öncə Azərbaycanda işləməyə gəlib. Rəhbərlik onu Azərbaycana göndərəndə ravvin bura gəlmək istəməyib. Azərbaycanda İslam şəriətinin hökm sürdüyünü, yəhudilərə qarşı sərt münasibətin olduğunu zənn etdiyinə görə etiraz edib. Lakin ravvinin etirazlarına baxmayaraq məcburi şəkildə Azərbaycana gələn ravvin indi buranın vətəndaşı olmaq üçün ərizəylə müraciət edib. Budur Azərbaycan multikulturalizmi. Sizi bu multikulturalizmə dəstək olmağa çağırırıq. Azərbaycan bütün təzyiqlərə baxmayaraq, bunu qorumaq üçün çalışır.” Millət vəkili Bahar Muradova insan azadlığının vacibliyindən, qanunların aliliyindən, milli adət-ənənələrə hörmətin vacibliyindən danışıb. Çıxışında o deyib ki, Azadlıq mücərrəd məfhumdur. Azadlığın haradan başlanacağı, harada bitəcəyi müzakirə olunası məsələdir. Məlum məsələdir ki, bir insanın azadlığı digərinin azadlığına mane olmamalıdır. Əsas qanunların aliliyidir. Bəzi yerlərdə əvvəlcə qanunlar yaradılır daha sonra mili-mənəvi dəyərləri qanunlara uyğunlaşdırırlar. Azərbaycanda isə qanunlar milli-mənəvi dəyərlər əsasında yaradılıb. Azərbaycan bütün millətlərə və dinlərə açıq bir ölkədir. Burada heç bir ayrı seçkilik edilmir. Azərbaycan digər ölkələrlə bu sahədə qarşılıqlı fikir mübadiləsi aparmağa hər zaman hazırdır.

Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, Azərbaycanda hər kəsin milli, dini, etnik ənənələrinə hörmət edən bir cəmiyyət mövcuddur. Biz digər ölkələrlə bu sahədə qarşılıqlı fikir mübadiləsi aparmağa hər zaman hazırıq. Biz öyrənməyə və öyrətməyə çalışırıq. Biz cəmiyyətlərdə qarşılıqlı anlaşma, bir-birinə dözümlülük şəraitində yaşayan insanların olmasını istəyirik və bunun üçün əlimizdən nə gəlirsə etməyə çalışırıq.

Bahar Muradova vurğulayıb ki, hazırda Qərbdəki dəyərlərlə mövcud reallıq fərqlənir. Dəyərlərin reallığa çevirməsi sahəsində medianın ciddi fəaliyyətinə ehtiyac var. Azərbaycan dəyərləri qanun üzərində deyil, qanunlarımız milli mənəvi dəyərlərimiz üzərində qurulub.

Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda tarixən mövcud olan dini və milli tolerantlığın dövlət siyasəti səviyyəsinə qaldırılmasının tarixi hadisə olduğunu söyləyib. O vurğulayıb ki, Azərbaycana ilk dəfə gələn insan buranı görəndən sonra onda ölkəmiz haqqında yüksək fikirlər yaranır. Azərbaycan ənənəvi tolerant ölkədir. Azərbaycanda heç vaxt dini zəmində münaqişə olmayıb. Burada yaşayan digər xalqlara qarşı hər zaman hörmətlə yanaşılıb.

Mübariz Qurbanlı öz çıxışında Azərbaycanın tarixən bütün dinlərə dözümlü yanaşdığını bildirib: “Məsələn Qafqazda yəhudilərin məskunlaşması, Qafqaz Albaniyasının olması daima bu bölgədə tolerantlıq olduğunu göstərib. İslamı qəbul etdikdən sonra da digər dinlərə qarşı dözümlü olmuşuq. Bizim tariximizə baxsanız orada heç zaman dinlərarası, millətlərarası savaş olmayıb. Bizim 20 faiz torpağımız Ermənistan tərəfindən işğal edilib. Bununla belə Azərbaycanda ermənilərə qarşı düşmənçilik aşılanmır. Bizdə daima belə olub. Azərbaycana gələn Əlcəzirə beynəlxalq televiziyasının əməkdaşı ilə görüşdüm. Müxbirə Azərbaycana gəlməmişdən öncə nə kimi məlumatlar əldə etdiyini soruşdum. Dedi: “Bəli mən Azərbaycanla bağlı məlumatlar əldə etməyə cəhd etdim. Təəssüflüklə deyim ki, Azərbaycan barədə çox bədbin məlumatlarla rastlaşdım. Azərbaycan Əfqanıstanın Kabulu kimi tanıtdırılır. Lakin bura gəldikdən sonra əldə etdiyim məlumatların tamamilə yanlış olduğunu gördüm. Burada xalq mehriban şəkildə yaşayır. Sabitlikdir. Azərbaycan inkişaf etməkdə olan müsəlman ölkələrindən biridir.” Mən də təəssüf edirəm ki, aparıcı KİV nümayəndələri Azərbaycan barədə həqiqətləri yaymaqdan çəkinirlər. Azərbaycana ilk dəfə gələn insan bədbin fikirlərlə gəlsə də, buranı gəlib görəndən sonra fikirləri tamamilə dəyişir”.

M.Qurbanlı Avropada son günlər davam edən miqrant axını məsələsinə də toxunub: “42 ölkədə bu gün məzhəblər arası, millətlərarası savaşlar gedir. Hər il ən az 200 min insan bu savaşlarda həyatını itirir. Şəhərlər məhv edilir. İndi Avropaya 1 milyon miqrantın axını gözlənilir. Bu böyük bir iqtisadi problem yaradacaq. Son 14 ildə 2,5 milyon insan etnik və dini zəmində gedən müharibələrin qurbanı olub. Dini və məzhəb müharibələri cəmiyyətləri məhvə aparır. Dövlətlər bunun qarşısını almaq üçün çalışmalıdırlar. Bizə Allah peyğəmbərlər göndərib. Həzrəti İsa, Həzrəti Musa, Həzrəti Məhəmməd (ə) və onlarla birlikdə kitablar göndərilib. Bütün dinlər hazırda baş verənləri tənqid edir. Heç bir din insan ölümünü dəyərləndirmir. Maraqlıdır peyğəmbərlərdən hansısa bu gün sağ olsaydı dünyanın hansı ölkəsində yaşamaq istərdi?! Mən belə düşünürəm ki, Azərbaycanda yaşamaq istəyərdilər.”

DQİDK-nin sədrindən sonra Azərbaycan Respublikasının Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev terrorçulara din adı verilməsinə narazılığını bildirib: “Bu gün media nəhəngləri terrorçuları islamçı kimi təqdim etməyə çalışır. Bu gün İŞİD adında terror təşkilatı var. Bunlar terrorçulardı. Terrorçuların hər hansı dinlə heç bir əlaqəsi yoxdur. Təəsüf ki, bu gün həm beynəlxalq, həm də bəzi yerli mətbuatda onları “İslam Dövləti” kimi təqdim edirlər. Onlar özlərini nə cür adlandırırlarsa adlandırsınlar. Onların özlərini islamçı adlandırması həqiqətdə onların dindar olmasına sübut deyil. Burda iştirak edən mətbuat nümayəndələrindən də bu məsələyə diqqətli olmalarını istəyirik.”

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı deyib ki, Azərbaycan mediasında hər zaman dini və mənəvi dəyərlərlə bağlı mövzular ön planda olub. Hazırda milli tolerantlıq mövzusunda mediada saysız-hesabsız informasiyalar var. Mediada dini daha düzgün işıqlandırmaq üçün jurnalistika fakültəsində də dini biliklər verilə bilər.

Sonra Forumun işini panellərdə davam etdirilib. “Qloballaşma dövründə tolerantlıq. Mədəni müxtəlifliyi olan cəmiyyətlərdə dini və qeyri-dini inanclara tolerant yanaşmada medianın rolu”, “Multikulturalizmin, dinlərarası dialoqun, tolerant mühitin vacibliyi və bu proseslərdə Azərbaycan modeli”, “Ayrı-seçkilik, dözülməzlik və zorakılığın bütün formaları ilə mübarizədə dini və qeyri-dini inancların töhfəsi” mövzularında müzakirələr aparılıb.
Tədbirdə ABŞ-ın Dini Xəbər yazarları Assosiasiyasının və Din və Peşələr Mərkəzinin direktoru Debra Mason, Misirin Sultan Həsən Məscidinin axundu Xalid Hemayə , ABŞ-ın “Dini Xəbərlər Xidməti” media orqanının beynəlxalq strategiya departamentinin direktoru Brian Pellot , Beynəlxalq Mətbuat İnstitutunun Gürcüstan Milli Komitəsinin nümayəndəsi Paata Veshapidze , Misirin “Rozal Yusif” qəzetində jurnalist və tədqiqatçı olan Əhməd Əbu Seyyid Əhməd Tərabeyik , Pakistanın “Mətbuat Azadlığı Konsorsumu ” təşkilatının rəhbəri Malik Ayub Xan , Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov , Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli,“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Mətbuat Şurasının sədr müavini Vüqar Rəhimzadə , Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “525-ci qəzet”-in baş redaktoru Rəşad Məcid, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Rus-pravoslav kilsəsinin Bakı və Xəzəryanı yeparxiyasının yepiskopu Aleksandr İşein o cümlədən Azərbaycandakı katolik Kilsəsinin və Alban-Udin icmasının təmsilçiləri də məruzə ilə çıxış ediblər.

Beynəlxalq münasibətlər sahəsində tanınmış İsrail eksperti, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut bildirib ki, Ermənistan ilə ağır və qanlı ərazi münaqişəsinə və ərazisinin 20 faizinin işğal edilməsinə, bir milyondan çox qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, ikili standartlardan əziyyət çəkən və çox mürəkkəb və kövrək geosiyasi əhatədə yerləşən Azərbaycan Respublikası Cənubi Qafqazın hamı tərəfindən qəbul edilən regional lideri olmaqla bərabər, həm də həqiqi sivilizasiyalararası və dinlərarası dialoq nümunəsidir”.

O deyib: “Ancaq etnik təmizləməyə və təcavüzə baxmayaraq, tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin mühüm əsaslarından biri olaraq qalmaqdadır. Bu baxımdan Azərbaycan unikal dünyəvi ölkə, islam dünyasının yüksək iqtisadi sürətlə inkişaf edən, Qərb praqmatizminin Şərq qonaqpərvərliyi və ənənələri ilə sıx çulğalaşdığı inkişaf mayakıdır. Azərbaycan bir çox dinlərin və xalqların nümayəndələrinin vətəni olub və olacaq. Qədim Azərbaycan torpağında yəhudilik və islam, atəşpərəstlik və xristianlıq mövcud olub. Elə bu günün özündə bu torpaq tolerantlığa və dini dözümlülüyə misli görünməmiş cəhdlər göstərir. Ölkənin yəhudi icmasına səmimi qardaşlıq münasibəti Azərbaycan tolerantlığının parlaq nümunəsidir. Azərbaycanda heç vaxt antisemitizmin olmadığını və yəhudilərin heç vaxt özlərini əcnəbi hiss etmədiklərini vurğulamaq lazımdır. Azərbaycan Prezidenti İlham Əliyevin himayədarlığı ilə iki sinaqoq və Cənubi Qafqazda ən iri yəhudi təhsil mərkəzi inşa edilib. Bundan əlavə, ölkədə ilk yəhudi muzeyi inşa etmək planlaşdırılır. İnsanların təkcə eyni dinin başqa bir cərəyanına məxsus olmaları səbəbindən məhv edildiyi bu zalım və qanlı-qadalı dünyamızda biz İsraildə müasir, sivil və güclü Azərbaycanın həqiqi və keyfiyyətli nümunəsini müşahidə edir və dəyərləndiririk. Azərbaycan əslində islam dünyasının bir çox ölkələrinə həqiqi bir örnək, bir növ tərəqqi və inkişaf mayakı ola bilər”.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsəllər şöbəsinin böyük məsləhətçisi Məhsəti Əliyeva isə bildirdi ki, bu gün Azərbaycanda 30 000 erməni əsilli Azərbaycan vətəndaşı yaşayır. “Lakin əgər Siz Ermənistana getsəz, orda nəinki 30 000 – 3 nəfər də azərbaycanlı əsilli Ermənistan vətəndaşı tapa bilmərsiz. Ermənistanda ermənilərdən başqa bütün digər millətlər ölkədən çıxarılıb. Bu gün Ermənistan monodövlətə çevrilib. Ermənistanda tək antitürkizm yox, həmçinin güclü antisemitizm də baş alıb gedir, orda yəhudi əsilli vətəndaş çox az qalıb, qalanlar da güclü təzyiqə məruz qalıblar. Deyilənlərdən belə nəticə çıxarmaq olar ki, Azərbaycanda etnik problem və ümumiyyətlə millətlərarası münasibətlərdə heç bir problem yoxdur. Onda ortalığa sual çıxır, bəs onda ermənilərin burda nə problem olub? Cavab birdir – ermənilərin Azərbaycana qarşı yalnız ərazi iddiası var.”
Qeyd edək ki, forum iştirakçılarının Quba, Qəbələ, Şəki və Qax rayonlarına səfər edərək buradakı müxtəlif dinlərə aid tarixi abidə və məkanlarla tanış olacaqlar.

 

www.yenicag.az

1152