Bakının Sulutəpə qəsəbəsində yerləşən Laçın rayon 10 nömrəli tam orta məktəbin direktoru Gülşən Tağıyeva vəfat edib.
Yenicag.az xəbər verir ki, o, 47 yaşında dünyasını dəyişib.
Sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilən direktorun həyatını xilas etmək mümkün olmayıb.
Mərhum Sulutəpə qəbirstanlığında dəfn olunacaq.
Qeyd edək ki, Tağıyeva Gülşən Saday qızı 1973-cü ildə Laçın rayonunun Daşlı kəndində anadan olub. 2004-cü ildən Laçın rayon 10 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyirdi.
Prezident İlham Əliyevin 2013-cü ilin oktyabrın 3-də imzaladığı sərəncamla Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Mərhumun 4 övladı var.
Allah rəhmət eləsin!/Report/
www.yenicag.az