Bakıda doğuş zamanı ana və körpə ölüb

media-hightechnic-468x90

e1392ebc0306174adaca99726f19cba0Bakıda doğuş vaxtı ana və körpə ölümləri baş verib.

Hadisələrdən biri Bakı Sağlamlıq Mərkəzində qeydə alınıb. Mərkəzdə təbii doğuş həyata keçirən 1984-cü il təvəllüdlü Ağayeva Günay Məmmədağa qızının vəziyyəti pisləşdiyindən həkimlər qadının qeysəriyyə əməliyyatı ilə övladını dünyaya gətirməsini məsləhət görüb. Əməliyyat zamanı əvvəlcə uşaq, daha sonra isə qadın dünyasını dəyişib.

Oxşar hadisə yanvarın 2-də Respublika Klinik Xəstəxanasında baş verib. 1993-cü ildə Goranboyda anadan olan və Gəncədə qeydiyyata düşmüş Abbasova Ülviyyə Elçin qızı qeysəriyyə əməliyyatı zamanı vəfat edib.

Məlumata görə, Ü.Abbasova bir müddət imiş ki, xəstəxanada müalicə olunurmuş. Qadının hamiləliyinin 35-36-cı həftəsində əməliyyatla ölü döl doğulub. Daha sonra 23 yaşlı qadının halı daha da pisləşib və onu xilas etmək mümkün olmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.(APA)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05