Bakıda əczaçını baltalayan həkim həbs edildi

media-hightechnic-468x90

88619Ötən gecə Məhəmmədi qəsəbəsində aptek işçisini baltalayan həkim həbs edilib.

Sabunçu Rayon Polis İdarəsi 15-ci polis bölməsindən verilən məlumata görə, Rüfət Məmmədov bu gecə tutularaq idarəyə təhvil verilib.

Qeyd edək ki, 1980-ci il təvəllüdlü Rüfət Məmmədovun aptekdə oğurluq etmək istədiyi zaman onu görən əczaçını baltaladığı deyilir. Əczaçı ağır yaralanıb və Rüfət Məmmədov kassadan 300 manata yaxın pul oğurlayaraq aradan çıxıb.

O, Bakının bir neçə məşhur klinikasında çalışıb. Son bir neçə aydır ki, narkotik aludəçisidir və cinayəti də məhz bu səbəbdən törətdiyi bildirilir. R. Məmmədov bir neçə il əvvəl məşhur “Maşın şou” proqramında fəaliyyət göstərən həkim komandasının üzvü olub(qafqazinfo).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600