Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda əməliyyat - Narkotacir tutuldu - FOTO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının paytaxtın Yasamal rayonunda keçirdikləri tədbir zamanı Sumqayıt şəhər sakini Valeh Hüseynov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman ümumi çəkisi 970 qram olan narkotik vasitə heroin aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaqa hələlik məlum olmayan şəxsdən satmaq niyyəti ilə aldığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Valeh Hüseynovun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.yenicag.az

413