Bakıda ər və arvadı vuran sürücüyə hökm oxunub

media-hightechnic-468x90

761715_430804Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Elmir Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesdə hökm oxunub. Hökmə əsasən, E. Mehrəliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E. Mehrəliyev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Qazax rayonunun Astanbəyli kəndindən Bakıya bir müddət əvvəl tikintidə işləməyə gələn 1987-ci il təvəllüdlü Mustafayev Vüqar Vaqif oğlu və onun həyat yoldaşı 1989-cu il təvəllüdlü Mustafayeva Tünzalə Arif qızının üstündən keçib. Daha sonra isə hadisə yerindən qaçıb. Hər iki şəxs hadisə yerində ölüblər. Əraziyə gələn polis əməkdaşları ağlayan 4 yaşlı uşaq aşkarlayıblar. Sonradan məlum olub ki, uşaq ölən şəxslərin övladıdır və o, qaranlıq küçədə bir müddət tək qalıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600