Reklam: High Technic
hightechnic

Bakıda ərəb turist itkin düşdü - FOTO

Birləşmiş Ərəb Əmirliklərindən olan turist Bakıda itkin düşüb.

Bu barədə Yenicag.az-a səfirlikdən məlumat verilib.

Bildirilir ki, martın 27-də saat 05: 20 radələrində daun sindromlu 17 yaşlı turist Sultan Abdullah Alqaseer paytaxta yerləşən Winter park otelindən çıxıb və bir daha geri qayıtmayıb. Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyi onun görənlərdən səfirliyə müraciət etmələrini və ya 051 660 65 55 nömrəli telefona zəng etmələrini xahiş edir.

www.yenicag.az

808