Bakıda ev yanaraq külə dönüb

media-hightechnic-468x90

yanğınPaytaxtın Yasamal rayonu, Bünyadzadə 181B ünvanında Əkbərli Zemfiraya məxsus iki otaqlı fərdi yaşayış evində yanğın baş verib.

Yanğın zamanı təxminən 50 kvadratmetr olan mənzil yanaraq külə dönüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Şahidlərin dediyinə görə, yanğın Əkbərli Zemfira tərəfindən kirayə verilmiş şəxslərin uşaqlarının ehtiyatsızlığı ücbatından baş verib.

Alışqanla oynayan azyaşlılar, yatağı yandırıb və nəticədə alov böyüyərək bütün evi bürüyüb. Ev sahiblərindən isə hadisə ilə bağlı məlumat ala bilmədik.

Hazırda yanğının dəqiq baş vermə səbəbləri araşdırılır. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600