Bakıda fəhlə uçqun altında qaldı

media-hightechnic-468x90

img1546133Bakıda ötən gün axşam saatlarında təmir işləri aparan fəhlə uçqun altında qalıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının mənzilinin vanna otağında təmir işləri görən fəhlə döşəmənin çökməsi nəticəsində 2-ci mərtəbənin hamam otağına düşərək köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər dağıntı altında huşsuz vəziyyətdə qalmış fəhləni təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxardıb hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilməsini təmin ediblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600