!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda Formula yarışlarında - QƏZA (FOTO)

!Reklam – Yazi

Bu gün Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisinin ilk günündə Formula 2 sinfində avtomobillərin sərbəst yürüş sessiyası zamanı qəza baş verib.

Yenicag.az Trend-ə istinadən bildirir ki, “BWT Arden” komandasının pilotu Maksimilian Günterin idarə etdiyi boliddə alışma olub.

Lakin marşalların köməyi ilə bolidin yanmasının qarşısını almaq mümkün olub.

Qeyd edək ki, bu gün Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi – Azərbaycan Qran Prisi başlayır.

Trasda hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebestyan Fettel, Valtteri Bottas kimi tanınmış pilotlar var.

www.yenicag.az

2973
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv