Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda güclü külək ağacı kökündən çıxardı - FOTO

Bakıda ötən gün axşam saatlarından başlayan güclü külək nəticəsində indiyədək şəhərin müxtəlif yerlərində 16 ağac aşma hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, aşma hadisələri Bakının Nəsimi və Yasamal rayonlarında qeydə alınıb.

O.Məmmədov əlavə edib ki, külək bir cinar ağacını kökündən çıxarıb, daha 15 cinar, qarağac, qovaq və sərv ağaclarının isə budaqları sınıb.

Birlik rəsmisi dünən gecədən heyətin gücləndirilmiş iş rejimində çalışdığını da qeyd edib./Trend/

www.yenicag.az

4605
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100