Bakıda gülməli MMX radar protokolu – Foto

media-hightechnic-468x90

pi7Qaydanı piyada pozur, cərimə sürücüyə gəlir.

Bakıdakı sürücülərdən birinin ünvanına qəribə MMX protokolu göndərilib. Protokolda 50 manat cərimənin qərarı çıxarılıb. Sürücü İnzibati Xətalar Məcəlləsinin 151-3-cü maddəsini (Piyada keçidində piyadaya yol verilməməsi) pozmaqda təqsirləndirilir. Dekabrın 28-də, gecə saat 01:00-da Ağa Nemətulla ilə H.Məmmədov küçələrinin kəsişməsində (Nərimanov RPİ-dən çıxan yer) piyada keçidindəki piyadaya yol vermədiyi iddia edilir.

Əlavə edilmiş fotoşəkillərdən də açıq-aydın görünür ki, “Hyundai Santafe” markalı minik maşını hərəkət edən istiqamətdə piyada keçidində piyada yoxdur. Əksinə, piyada zolağa çatmamış yolu keçməklə qaydanı pozur.(Avtosfer)

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600