Bakıda iki icra başçısından yeni təyinatlar
Bakı şəhəri Xəzər və Pirallahı rayon icra hakimiyyətlərində (RİH) yeni təyinatlar olub.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, yeni təyinatlar RİH aparatında sektor müdiri – baş mühasib vəzifələri üzrə aparılıb.
Belə ki, Xəzər RİH başçısı Elşən Salahovun əmri ilə Kərimova İlhamə Arif qızı, Pirallahı RİH başçısı Vasif İmanovun əmri ilə isə Qaraçobanov Tahir Hidayət oğlu sektor müdiri – baş mühasib vəzifəsinə təyin olunublar.
Qeyd edək ki, İ.Kərimova bundan əvvəl RİH-də iqtisadiyyat şöbəsində məsləhətçi, T.Qaraçobanov isə qəsəbə nümayəndəliyində mühasib vəzifəsində çalışıb.