Bakıda internet klubda 25 nəfər cərimələndi

media-hightechnic-468x90

Bakının Nəsimi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan obyektlər aşkarlanıb.

media-banner_tkm

Bakı şəhər Baş Polis İdarəsindən Yenicag.az-a verilən məlumata görə, Nəsimi RPİ Post Patrul Xidməti və 22-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə Rəşid Behbudov 18. ünvanında “05”, Nizami 8 ünvanında “Baku City” internet əyləncə – oyun salonlarının sahibləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 25 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahibləri – 1981-ci il təvüllüdlü Teymur Səmədov, 1974-cü il təvəllüdlü Zaur Hüseynov 1500 manat, digərləri 100 manat cərimə olunublar.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05