Bakıda itkin düşən turist görün harada tapıldı…

Bakıda xarici ölkə vətəndaşı itkin düşüb.

Yenicag.az xəbər verir ki, sentyabrın 19-da əcnəbi vətəndaş, 1990-cı il təvəllüdlü Padova Anita Eruelanın itkin düşməsi barədə Bakı şəhər Baş Polis İdarəsinə məlumat daxil olub.

Həyata keçirilən araşdırmalar zamanı onun həmin tarixdə Azərbaycanı tərk edərək Birləşmiş Ərəb Əmirliklərinə getdiyi müəyyən edilib.