Bakıda “Jeep” kül oldu

Bakının Binəqədi rayonunda “Jeep” markalı minik avtomobilində yanğın olub.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, avtomobilin salonunda ve mühərrik hissəsində elektrik naqilləri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.