Paşinyan çətin SEÇİM QARŞISINDA: "Ya geri çəkilməli, ya da hakimiyyətin verdiyi imkanlardan..."

media-hightechnic-468x90

“Paşinyanın seçkidə səs itirməsi mümkündür, amma uduzması gözlənilmir”.

Bunu Ermənistanda baş verən daxili gərginliklərin baş nazir Nikol Paşinyanın siyasi gələcəyinə mümkün təsirlərindən danışan siyasi şərhçi Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.media-refail R. Becanov bildirib ki, Ermənistanda kilsə ilə Paşinyan hakimiyyəti arasında yaranan gərginlik pik həddə çatıb:

“Ermənistan Baş naziri Nikol Paşinyan başa düşür ki, müharibədəki məğlubiyyətin yekun sənədi olmalıdır. Sonsuza qədər qeyri-müəyyən vəziyyət davam edə bilməz. Xüsusən sülh sənədinin Vaşinqtonda paraflanmasından sonra Ermənistan tərəfi konkret və əməli addımlar atmalı, Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslər sürətləndirilməlidir. Regional sabitlik və sülhün əsas şərtləri bunlardır. Eyni zamanda, Konstitusiya dəyişiklikləri ilə bağlı Azərbaycanın tələbi icra olunmalıdır.

Lakin kilsə və revanşistlər bunu qəbul etmir. Qarşıdan isə seçki gəlir. İyun ayında parlament seçkiləri keçiriləcək. Revanşistlər kilsənin timsalında sosial bazanı öz tərəflərinə çəkmək və Paşinyanın gözlənilən qələbəsinə qarşı dini alət etməyə çalışırlar.

Paşinyanın isə kilsə ilə mübarizədən başqa yolu qalmayıb. Ya geri çəkilməli, ya da hakimiyyətin verdiyi imkanlardan istifadə edərək kilsəni siyasətdən kənarlaşdırmalıdır. Geri çəkilərsə, sülh prosesi təhlükə altına düşəcək. Paşinyan isə Ermənistanın xilas yolunu seçib. Ona görə də kilsə ilə qarşıdurma variantından geri çəkilmir və II Qaregini istefaya çağırır, Milli Təhlükəsizlik Xidmətinə kilsə ibadətlərini senzura etməyi tapşırır”.

Siyasi şərhçinin sözlərinə görə, istər bəzi din xadimlərinin, istərsə də müxalif deputatlarla bağlı qaldırılan cinayət işinin özəyində qeyd olunan məsələ dayanır:

“Bu deputatlar Köçəryan, Sarkisyan bloklarından mandat alan və revanşizmi Ermənistanın xilası hesab edənlərdir. Qarabağ kartından istifadə edərək var-dövlət, hakimiyyət sahibi olublar, siyasi meydanda özlərinə yer tutublarş İndi illərlə istifadə etdikləri bu kart əllərindən çıxır. Ona görə ictimai rəyi çaşdırmaq və Paşinyanı qorxutmğa çalışırlar.

Qarşıdurma dərinləşsə də, Ermənistan üçün indiki siyasi kursun qalib gəlməsi təhlükəsizdir. Lakin bəzi qüvvələr Ermənistan daxilində siyasi böhranın dərinləşməsində, ictimai qütbləşmənin artması yolu ilə kütləvi etirazlarda maraqlıdır. Təbii ki, bu qüvvələrin sırasında ilk yerdə Rusiya gəlir. Paşinyanın Rusiyaya səfəri də göstərir ki, o, rəsmi Kremllə isti münasibətlər hesabına onları neytrallaşdırmaq niyyətindədir. Müəyyən vədlərlə buna nail olacağı istisna deyil.

Bütünlükdə Paşinyan üçün çətin bir dövr gəlir. Çünki onun rəqibi təkcə kilsə deyil. Qarşı tərəfdə kilsə-revanşistlər-diaspor birliyi durur. Lakin Ermənistan mediasında yayılan sorğulara və təhlillərə inansaq, Paşinyanın seçkidə səs itirməsi mümkündür, amma uduzması gözlənilmir”.

Nəsimi Ələsgərli

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa