Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda kafe partlayıb

58402Bu gün Bakıda kafe partlayıb. Hadisə Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan “Bibimin kafesi”ndə baş verib.

Partlayışa səbəb 50 litrlik propan qaz balonundan qaz sızması olub.

Nəticədə kafenin lambirdən ibarət tavanı 30 kv.m, 1 ədəd kondinsioner və 3 kv.m sahədə əşyalar yanıb. Kafenin içərisində olan 50 litrlik propan qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb.

Partlayış zamanı kafenin sahibi və kafedə işləyən 1 nəfər yanıq xəsarəti alaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 09:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb. (anspress.com)

www.yenicag.az

332