Bakıda karantin qaydalarını pozan kafe aşkarlandı - FOTO

media-hightechnic-468x90

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilən vaxtdan kənar, sosial məsafəni, mövcud preventiv tədbirlərin şərtlərini pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb.

Yenicag.az-ın məlumatına görə, Binəqədi RPİ Post Patrul Xidməti və 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyunun 8-də 28 May qəsəbəsində kafenin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə 4 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icarədarı M.Ələkbərova 200 manat, digərləri 100 manat cərimə olunublar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600