Bakıda kişi özünü çilçıraqdan asdı
50 yaşlı kişi özünü yaşadığı evin ikinci mərtəbəsində çilçıraqdan asaraq intihar edib.
Xəzər Rayon Prokurorluğundan verilən məlumata görə, Qala qəsəbə sakini Cəmil Qasımov özünü yaşadığı evdə çilçıraqdan asdıqdan sonra onun meyiti ailə üzvləri tərəfindən aşkarlanıb.
Hadisə yerinə Xəzər Rayonunun polis və prokurorluq orqanları əməkdaşları cəlb olunub. Araşdırma apararkən mərhumun intihar edərkən sərxoş olduğu aşkara çıxıb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb.