Bakıda köşk yandı

media-hightechnic-468x90

images (2)Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verilən xəbərə görə, Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 3 kv.m olan taxta konstruksiyadan ibarət köşk yanıb.

Yanğın zamanı tüfeyli həyat tərzi sürən, şəxsiyyəti məlum olmayan (40-45 yaşlı kişi) bir nəfər yanıq xəsarəti alıb və təcili tibbi yardım stansiyasının əməkdaşları tərəfindən aidiyyatı üzrə aparılıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

(az.apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600