Bakıda lombarda basqın edərək, 10 min manat aparıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 26-da Q.Qarayev prospektindəki lombardlardan birinə gələrək oranın sahibindən quldurluq yolu ilə 10000 manatı almaqda şübhəli bilinən Bakı şəhər sakini Turan Əkbərov tutulub, həmyerliləri olan daha 3 nəfərin isə şəxsiyyəti müəyyənləşib.
www.yenicag.az