Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşdi
Azərbaycanda akvakultura təsərrüfatları üçün yeni dövlət rüsumu müəyyənləşib.
Yenicag.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanun layihəsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Yeni layihəyə əsasən, akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə 70 manat dövlət rüsumu müəyyən edilir.
Qeyd edək ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, akvakultura subyektləri tərəfindən hazırlanan bioloji və texnoloji əsaslandırmanın qeydiyyatı üçün 50 manat dövlət rüsumu tələb olunurdu.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.













