Bakıda mənzil qarət olundu

media-hightechnic-468x90

50156Bakıda mənzili qarət edən şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən  verilən məlumata görə, hadisə sentyabrın 4-ü saat 03:00 radələrində Nail Rzayevin Gəncə prospektindəki mənzilində baş verib.

Belə ki, ev sahibinin Emin kimi tanıdığı və üzlərində maska olan iki naməlum şəxs daxil olub onun əl-ayağını yapışqanlı lentlə bağlayaraq, pul və zinət əşyaları tələb ediblər.

Onlar mənzildə axtarış apararaq ev yiyəsinə məxsus bir ədəd qızıl üzüyü və iki ədəd mobil telefonu götürərək gediblər.

Xətai RPİ 35-ci PB-nin keçirdiyi əməliyyat tədbirə nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Amid Qasımov, Umud Cəfərov və qardaşı Mirağa tutulublar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600