Xətaidə mənzildə kişi meyiti tapılıb.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakının Xətai rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və Nəcəfov Fəxrəddin Fərman oğlunun meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.