Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda mərmər sexində faciə – Ölənlər var – Video

52149Bakının Suraxanı rayonu, S.Əliyev küçəsində Bakı şəhər sakini Əzimov Bayram Mahir oğluna məxsus mərmər sexində faciə baş verib.

Yenicag.az Bizimyol.info-ya istinadən xəbər verir ki, hadisə dünən axşam 22:00 radələrində baş verib. Sexdəki mərmər lövhələr fəhlələrin üzərinə aşıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım maşınları gəlib. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndirib və məlum olub ki, yük avtomobilini boşaldarkən mərmər lövhələr aşıb və vətəndaşlar lövhələrin altında sıxılmış vəziyyətdə qalıblar.

Xilasedicilər mərmərləri kəsərək ayırıb və vətəndaşların cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:14-də başa çatıb. Oxuculardan birinin Bizimyol.info-ya verdiyi məlumata görə, sexdə 3 fəhlə olub və xilasediclər fəhlələrdən birinin həyatını xilas edə bilib. Həmin görüntüləri təqdim edirik:

 

https://youtu.be/SJSO3LSRF0E

www.yenicag.az

522