Bakıda mikroavtobus qəza törətdi: Ölən var

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Binə qəsəbəsində “Mercedes” markalı mikroavtobus yolu keçən təxminən 50-55 yaşlı kişini (şəxsiyyəti dəqiqləşdirilir) vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.