Bakıda moteldə qətl törədilib

media-hightechnic-468x90

images (3)Ötən gecə Bakıda qətl törədilib.

Hadisə Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Vulkan” motelində baş verib.

İlkin məlumata görə, otelə müştəri kimi gələn qadın və kişi arasında mübahisə yaranıb.

Mübahisə zamanı kişi qadını bıçaqla qətlə yetirib. Hadisədən sonra motel bağlanıb, qətlin törədildiyi yerdə istintaq işlərinə başlanılıb. Hadisəni törədən şəxs isti izlərlə saxlanılıb.

Faktı Binəqədi Rayon Prokurorluğu araşdırır.

Qətllə bağlı rəsmi məlumatın bu gün yayılacağı gözlənilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600