Bakıda oğurluq edənlər tutuldu
Aprelin 29-da Binəqədi rayonu ərazisində yerləşən kafelərin birindən oğurluq edilib və nəticədə zərərçəkənə 1192 manat maddi zərər vurulub.
Yenicag.az xəbər verir ki, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən 43 yaşlı A.Məmmədov saxlanılıb.
Rayon ərazisində daha bir oğurluq hadisəsi zamanı evdən 650 manat dəyərində qızıl zinət-əşyasını oğurlamaqda şübhəli bilinən 35 yaşlı A.Əhmədov saxlanılıb.
Bundan başqa, Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən 450 manat dəyərində kombi aparatını oğurlayan 34 yaşlı S.Abbaslı da saxlanılıb.
Araşdırmalar aparılır.