!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda öldürülən transseksualın son mesajları - “Deyəsən, mənim başıma oyun açacaq”

!Reklam – Yazi

Ötən ilin yayında Bakıda cinsi azlıq nümayəndəsini qətlə yetirən Mirşahid Mehdiyevin məhkəməsinin başa çatması barədə xəbər vermişdik.

Yenicag.az xəbər verir ki, “Nunu” ləqəbli Əhəd Nuriyevi qətlə yetirən M.Mehdiyev kriminal aləmə yaxın şəxs olub. Belə ki, o, daha əvvəl Rusiyada silahlı insidentdə iştiraka görə cəza alıb. M.Mehdiyev Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə polis şöbəsi tərəfindən Rusiya Cinayət Məcəlləsinin 162-ci maddəsinin 4-cü hissəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilib. Belə ki, həmin vaxt o, Sverdlovskda yaşayıb və ticarətlə məşğul olub. Həmin dövrdə əslən Balakən rayonundan olan şəxslərlə mübahisə zamanı onlara silahla zor tətbiq edib. Daha sonra M.Mehdiyev Azərbaycana qayıdaraq burada iş qurub.

Məhkəmədə ifadə verən M.Mirzəyev bildirib ki, ötən ilin yayında gecə saat 2 radələrində “Şamaxinka” adlanan ərazidə qadın olduğunu düşündüyü Ə.Nuriyevlə tanış olub və onların münasibəti yaranıb. Lakin o, sonradan görüşdüyü şəxsin cinsi azlıq nümayəndəsi olduğunu bilib. Görüş vaxtı Ə.Nuriyevin video çəkdiyini xatırlayan Mirşahid daha sonra bundan narahatlıq keçirib və görüntülərin yayılacağını, kriminal dairələrdə hörmətdən düşəcəyini düşünərək transseksualı axtarmaq, onun çəkdiyi görüntüləri sildirmək qərarına gəlib: “Bu məqsədlə gecə saatlarında 20 Yanvar və “Şamaxinka” adlı ərazilərdə axtarışa çıxdım. Avqustun 13-də onu tapa bildim və nömrəsini götürdüm”.

İfadələrdən məlum olur ki, Mirşahid çəkdiyi videonu silmək üçün Ə.Nuriyevə bir neçə dəfə pul verib. Mərhum növbəti dəfə 2 min manata ehtiyacının olduğunu bildirəndən sonra M.Mehdiyev onu öldürmək qərarına gəlib.

O, əvvəlcə Əhədlə görüşərək onunla rayona getmək istədiyini bildirib və onlar Mirşahidə məxsus “Lexus İS 300” markalı avtomobillə Göygölə gediblər. Lakin burada qətl törətmək üçün uyğun şəraitin yaranmadığını düşünən Mirşahid bir neçə saat rayonda qaldıqdan sonra Əhədlə birlikdə Bakıya geri qayıdıb, yolun böyük hissəsində avtomobili Ə.Nuriyev idarə edib və Mirşahid arxa oturacaqda yatıb.

Bakıya qayıtdıqdan sonra Mirşahid Mirzəyev planlaşdırdığı qətli Xaçmaz rayonunda törətməyə qərar verib və Əhədlə birgə yenidən rayona gedib istirahət etmək istədiyini deyib. Onlar birlikdə avqustun 17-də Xaçmaza yola düşüblər. Lakin orada da Mirşahid düşündüyü cinayət əməlini həyata keçirməyə imkan tapmayıb və Bakıya qayıdıblar.

Paytaxta qayıdarkən Mirşahid maşını H.Z.Tağıyev qəsəbəsindən Qızıldaş istiqamətinə sürərək kimsəsiz yer axtarıb. O, səhər saat 5-6 radələrində Puta qəsəbəsi ilə Lökbatan qəsəbəsinin arasındakı ərazidə yarımçıq tikilini görərək maşını saxlayıb və hava almaq adı ilə maşından düşüb. Bundan sonra Mirşahid maşında gizlətdiyi bıçaqla Əhədə hücum edib, çoxsaylı xəsarətlərlə onu qətlə yetirib və meyitini yol kənarına ataraq uzaqlaşıb.

İstintaq zamanı Əhəd Nuriyevin transseksual dostuna yazdığı son mesajlar da açıqlanıb. Rayondan qayıdarkən Mirşahidin ona qarşı cinayət törədəcəyini hiss edərək “Deyəsən mənim başıma oyun açacaq” mesajını yazıb. 27 yaşlı Əhədin qətlə yetirilməzdən bir neçə saat əvvəl dostuna yazdığı son mesajlar bu formada olub: “Zəng vur, denən anan məni öldürür pulunu göndər. 12-dən sonra dayanmadan yığ, Alaya ver, danışın mənə pulu göndərtdir”, “Mən yazanda zəng vur”, “SMS atacağam, gözün telefonda olsun, qurban olum”, “Deyəsən bu, başıma oyun açacaq”.

Məhkəmədə o da məlum olub ki, qətlə yetirilən şəxs sürücü kimi işləyib. O, bir neçə il şəhərlərarası avtobusları idarə edib, sonradan Bakıda taksi sürücüsü işləyib. Ailəli və 1 uşaq atası olan Əhəd daha sonra evdən çıxaraq Xırdalanda kirayə yaşamağa başlayıb. Onun gəlin paltarında şəklinin yayılmasından sonra isə ailə üzvləri ilə münasibətləri daha da pisləşib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M.Mehdiyev 9 il müddətinə azadlıqdan məhrum edilib./Kriminalqafqaz/

www.yenicag.az

891
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv