Bakıda orta əməkhaqqı 9 %-ə yaxın artıb
Bu ilin yanvar-iyul aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 376,3 manat təşkil edib.
Bu barədə Yenicag.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-iyul ayları ilə nisbətən 8,6 % artıb.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,5 % artaraq 1 098,1 manat təşkil edib./report