!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda otaq yoldaşını öldürən şəxsə hökm oxundu

!Reklam – Yazi

Bakıda otaq yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Ravil Baybəyova hökm oxunub və o, 16 il müddətinə azadlıqdan məhrum edilib.

Yenicag.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Qeyd edək ki, qətl hadisəsi bu il martın 29-da Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü Ravil Baybəyov birgə yaşadıqları mənzildə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə 1972-ci il təvəllüdlü Fəxrəddin Əsədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürüb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

www.yenicag.az

150
Ads
www.veteninfo.com
!Reklam – Arxiv