Bakıda pedofil saxlanıldı
Xətai Rayon Polis İdarəsinin əməkdaşları azyaşlıya qarşı seksual xarakterli cinayət faktının üstünü açıblar.
Bu barədə virtualaz.org-a adıçəkilən polis idarəsindən bildirilib.
Məlumata görə, 15 yaşlı K.R (qızın ad və soyadı etik normalara görə dəyişdirlib) bir ay imiş 34-cü polis bölməsinin ərazisində olan Şirvani küçəsindəki şəhər kafelərinin birində saxlanılırmış.
Bütün bu müddət ərzində azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edilib. Cinayət əməlləri məhz belə təsnifləşdirilib.
Qeyd edək ki, qız 2015-ci ilin dekabr ayının 26-dan itkin düşmüş hesab edilir. Valideynləri qızlarının harada olduğu barədə məluamtsız idilər. Və yalnız yanvar ayının 29-da polislər onu “Azəri” kafesində tapıblar.
Şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib – bu, 1989-cu il təvəllüdlü şəxsdir.
Qeyd edək ki, əməliyyatçılar şübhəli şəxsi saxlayaraq istintaqa təhvil veriblər.
Fakt üzrə araşdırma davam edir.