Bakıda polis maaş savaşı aparan fəhlələrin qarşısını kəsdi – FOTO

media-hightechnic-468x90

0fd87ba9c9Polis maaşını tələb edən 200-dək fəhlənin qarşısını kəsib. Criminal.az xəbər verir ki, virtualaz.org saytının hazırda aksiya məkanında – “Azərinşaat” şirkətinin inzibati binasının həyətində olan müxbiri xəbər verir ki, 200-dək fəhlə toplaşaraq etirazlarını davam etdirir.

media-banner_tuq

Polis şirkətin binasının qapısı ağzında dayanıb, fəhlələrin şirkətin həyətini tərk etməsinə imkan vermir. Fəhlələr isə artıq küçəyə çıxaraq yürüş keçirməkdə israrlıdır.

İşçilər bildiriblər ki, şirkət rəhbərliyi onları aylardır aldadır: “Neçə aydır bizə söz verirlər, maaş isə yox. 6 aydır evimizə çörəkpulu apara bilmirik”. Onların sözlərinə görə, şirkətin ümumən 1000 nəfərədək işçiyə üst-üstə 2 milyon manatdan çox borcu var(Virtualaz).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05