Bakıda qadın sürücü kişini vuraraq qaçdı

media-hightechnic-468x90

70513 (1)Bakının Nəsimi rayonunda qadın sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb. Hadisə iyulun 28-də baş verib.

“Daewoo” markalı avtomobil tərəfindən vurulan Şahsuvar Aslanov ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Araşdırmalar zamanı müəyyən olub ki, maşının sürücüsü qadın olub.

Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanı vuran sürücünün kimliyi müəyyən edilib.

Məlum olub ki, piyadanı ağır yaralayan sürücü Neftçala rayon sakini Elnarə Ağalıyevadır. Polisin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində E.Ağalıyeva saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600