!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda qadını avtomobillə vuraraq qaçan sürücü saxlanıldı

!Reklam – Yazi

Bakıda qadını avtomobillə vuraraq qaçan sürücü saxlanılıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 6-da saat 1 radələrində Nəsimi rayonunun H.Seyidzadə küçəsində yolu keçən Qazax rayon sakini Z.Mustafayeva müəyyən edilməyən avtomobillə vurulub. Qadına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Honda” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin avtomobilin sürücüsü – Bakı şəhər sakini İ.Şıxəliyev saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

www.yenicag.az

453
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv