Bakıda qayınanası ilə dalaşan kürəkəndən ŞOK ADDIM – Mismar, qaşıq uddu

Bakıda ailə münaqişəsi zəminində qəribə hadisə baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Əhmədli küçəsində qeydə alınıb.

Həmin küçədə yaşayan 1989-cu il təvəllüdlü Babayev Əlamət Nazim oğlu yaşadığı evdə qayınanası ilə mübahisə edib. Mübahisə nəticəsində Ə.Babayev mətbəxdən götürdüyü qaşıq və mismarı udub.

Ə.Babayev xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır./Trend/