!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin gənc liderlərinin forumu keçiriləcək

!Reklam – Yazi

Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin gənc liderlərinin forumu keçiriləcək. Oktyabrın 21-24-də keçiriləcək forum Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Demokratik İslahatçı Gənclər İctimai Birliyi tərəfindən təşkil olunacaq.

İctimai Birlikdən Yenicag.az-a bildiriblər ki, forumun məqsədi hərəkata üzv ölkələrin gəncləri arasında Azərbaycanın sürətli inkişafının, ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinin, “ASAN xidmət” brendinin geniş təbliğ edilməsidir.

İki gün davam edəcək Forumda könüllülük fəaliyyəti, gənclər siyasəti çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Forum çərçivəsində iştirakçı gənclərlə bir sıra dövlət qurumlarında görüşlərin keçirilməsi nəzərdə tutulur.

www.yenicag.az

684
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv