!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənclər Fondunun Region Gənclər Təşkilatları ilə toplantısı keçirildi - Mingəçevrdə

!Reklam – Yazi

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən 7-8 sentyabr tarixlərində Mingəçevir şəhərində Gənclər Fondunun İcraçı Direktoru Fərid Cəfərovun və Fondun Müşahidə Şurasının üzvlərinin iştirakı ilə Azərbaycanın regionlarında fəaliyyət göstərən gənclər təşkilatlarının toplantısı keçirilib.

Yenicag.az xəbər verir ki, “Birlikdə” şüarı altında keçirilən görüş çərçivəsində Gənclər Fondunun gənclər təşkilatlarına təqdim etdiyi imkanlar və Fondun XI Qrant müsabiqəsi barədə ətraflı məlumat verilib, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə təsdiq olunmuş Fondun Nizamnaməsi çərçivəsində Fondun fəaliyyət istiqamətləri və vəzifələr təqdim olunub. Daha sonra, gənclər təşkilatları ilə onların regionlarda fəaliyyətləri, qarşılaşdığı problemlər və onların həll yolları təhlil edilib və təkliflər formalaşdırılıb.

Toplantının ikinci günündə gənclər təşkilatları üçün layihələrin yazılması, büdcə planlaşdırılması və effektiv kommunikasiyalar mövzusunda peşəkar təlimçilər tərəfindən seminarlar təşkil olunub.

Gənclər Fondunun İcraçı Direktoru Fərid Cəfərovla görüş çərçivəsində gənclər təşkilatlarının fikirləri və təklifləri dinlənilib, mövcud problemlərin həlli istiqamətində işlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Xatırladaq ki, fəaliyyətinin əsas məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə müxtəlif tədbirlərin təşkilindən, habelə gənclərə maliyyə köməyi nəzərdə tutan layihələri dəstəkləməkdən ibarət olan Azərbaycan Respublikasının Gənclər Fondu 18-29 yaşlı gəncləri və gənclər təşkilatlarını 11-ci qrant müsabiqəsində iştirak etmək üçün “A”, “B” və “C” kateqoriyaları üzrə layihə təkliflərini təqdim etməyə dəvət edir. Layihə təklifləri 23 sentyabr 2018-ci il tarixinədək Gənclər Fondunun rəsmi internet səhifəsi (www.youthfoundation.az) vasitəsi ilə qəbul olunur.

COP29

www.yenicag.az

1535
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv