Bakıda quldurluq edən 3 nəfər tutuldu

media-hightechnic-468x90
Nəsimi rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər 41 yaşlı paytaxt sakininə fiziki zor tətbiq edərək ondan pul tələb ediblər. 
Yenicag.az xəbər verir ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 28 yaşlı H.Tairov və 23 yaşlı K.Dəvrişov saxlanılıblar.
Araşdırmalarla həmin şəxslərin 42 yaşlı digər bir vətəndaşa da fiziki zor tətbiq edərək mobil telefonunu və bank kartını taladıqları məlum olub.
Araşdırmalar aparılır.
media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa