Bakıda sərnişin avtobusu YANDI – VİDEO

Bakı şəhərinin Nərimanov rayonunda “Karsan” markalı sərnişin avtobusunun mühərrik hissəsi və salonunda beş ədəd oturacaq yanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqalədə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.