Bakıda Tacikistan kinosu günləri keçiriləcək
Martın 9-dan 14-dək Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Tacikistan kinosu günləri keçiriləcək.
Yenicag.az anspress-ə istinadən bildirir ki, bununla əlaqədar “Tacikfilm” kinostudiyasının direktoru, kinorejissor Nosir Saidov, kino tənqidçisi, fəlsəfə elmləri doktoru Sadullo Rəhimov, Tacikistanın Xalq Artisti Sayram İsayeva və aktyor Abdukarim Maşrabovdan ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək.
Kino günləri çərçivəsində Nizami Kino Mərkəzində 5 bədii və 5 sənədli film nümayiş olunacaq.
Tacikistan kinosu günlərinin açılışı mərasimində – martın 10-da Nizami Kino Mərkəzində Nosib Saidovun “Müəllim” bədii filmi təqdimat ediləcək.