!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda tanışını qətlə yetirən 24 yaşlı şəxs saxlanıldı

!Reklam – Yazi

Bakıda tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə “Report” Nəsimi rayon prokurorluğundan məlumat daxil olub.

Qeyd olunub ki, sentyabrın 24-ü saat 07 radələrində 1997-ci il təvəllüdlü Tərlan Mədətovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1999-cu il təvəllüdlü Səhrab Məlikovun Nəsimi rayonu, M.Qaşqay kücəsində yerləşən evdə tanışı Tərlan Mədətovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Səhrab Məlikov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.

www.yenicag.az

324
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv