Bakıda taxta bazarındakı yanğında ölən kimdir? - YENİ DETALLAR/VİDEO

media-hightechnic-468x90

Bakı şəhəri, Ziya Bünyadov prospektindəki taxta bazarında baş verən yanğında həyatını itirən şəxslə bağlı yeni detallar məlum olub.

Yenicag.az xəbər verir ki, yanğında həyatını itirən 1962-ci il təvəllüdlü Razi Qasımov yaxın qohumunun obyektində mühafizəçi işləyirmiş. Razi Qasımov yanğın baş verən zaman alovun mühafizə etdiyi obyektə də keçməsini görməsindən sonra halı pisləşərək hadisə yerində dünyasını dəyişib.

TƏBİB-in yaydığı məlumata görə, Bu gün saat 05:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.
Hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb./bakuws

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600