Bakıda təyyarə və vertolyotların növbəti uçuşları keçirilir

media-hightechnic-468x90

“TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çərçivəsində Bakıda təyyarə və vertolyotların sınaq uçuşları keçirilir.

Bu barədə Yenicag.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

“Mayın 26-29-da Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək. İctimaiyyətin diqqətinə çatdırırıq ki, festivala hazırlıq çərçivəsində Dənizkənarı bulvar ərazisində təyyarələrin və vertolyotların sınaq uçuşları həyata keçirilir.

Sözügedən uçuşlar festival ərəfəsində və günlərində də davam edəcək”, – nazirlikdən qeyd olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.02.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa